Lavrov: "Ukrayna fərqli saziş layihəsi təqdim etdi"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gündəmə dair videomüraciət yayıb.

1808981
Lavrov: "Ukrayna fərqli saziş layihəsi təqdim etdi"

“Ukrayna aprelin 6-da İstanbulda keçirilən görüşdə müəyyən edilən müddəalardan kənara çıxan saziş layihəsini təqdim edib".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov gündəmə dair yaydığı videomüraciətdə deyib.

“Ukrayna çərşənbə günü Rusiyaya fərqli saziş layihəsi təqdim edib və bu layihə İstanbulda təqdim olunan təkliflərdən fərqlidir”, -deyə Lavrov bildirib.
S. Lavrov deyib: “Ukraynanın təklifi, “Krım və Donbas problemlərinin liderlərin görüşündə nəzərdən keçirilməsi təklif edilir. Ukrayna növbəti mərhələdə qoşunların çıxarılmasını istəyəcək. Bu qəbuledilməzdir”.

Rusiyanın Ukrayna ilə danışıqları davam etdirəcəyinə işarə edən xarici işlər naziri Lavrov deyib:

“Rusiya öz müqavilə layihəsini hazırlayacaq və ilkin tələblərini özündə əks etdirən ilkin razılaşma təklifini irəli sürəcək”. 

Bundan əlavə, Lavrov bildirib ki, Vaşinqton və onun müttəfiqləri Kiyev administrasiyasına nəzarət edir və (Ukrayna prezidenti Volodimir) Zelenskini döyüşləri davam etdirməyə məcbur edir.



Әlaqәli Xәbәrlәr