DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir

İraqın Kərkük şəhərində terror təşkilatı DEAŞ-a qarşı genişmiqyaslı əməliyyat başladılıb.

1787692
DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir

Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri  verdiyi  açıqlamasında İraq təhlükəsizlik qüvvələrinin Kərkük şəhərinin cənubunda  yerləşən  Vadi Qarha  bölgəsində  DEAŞ-a qarşı genişmiqyaslı  əməliyyat başlatdığını bildirib. Sözmövzusu əraızidə təhlükəsizlik qüvvələrinə   fasilələrlə   hücum  təşkil  edən  terrorçulara  qarşı  başladılan   əməliyyatda  çoxlu sayda sursatın ələ keçirildiyini,  bölgənin terrorçulardan tamamilə təmizlənməsinin məqsəd götürüldüyünü  vurğulayıb.

Xatırladaq  ki, 2014-cü ilin iyununda Mosul, Səlahəddin və Ənbar vilayətlərinin  tamamına və   Diyalə ilə kərkük vilayətlərinin bir  hissəsinə  nəzarəti   ələ  keçirən terror  təşkilatı DEAŞ, uzun  müddət  davam  edən  əməliyyatlar  nəticəsində   bölgədən çıxarıldı. Baxmayaraq onlar xüsusilə Kərkük, Diyalə, Mosul, Səlahəddin və Ənbar vilayətlərinin  ətrafında xain  hücumlarını  davam  etdirirlər. 



Әlaqәli Xәbәrlәr