Rusiya-Ukrayna müharibəsində 4 dinc azərbaycanlı həlak oldu

Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə...

1786441
Rusiya-Ukrayna müharibəsində 4 dinc azərbaycanlı həlak oldu

 

  Rusiyanın Ukraynadakı hərbi əməliyyatında 4 Azərbaycan vətəndaşı həlak olub.

  Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, Odessa şəhərindən Moldova istiqamətinə gedən 8 avtomobillik karvanda azərbaycanlıları aparan maşınlar olub. Dnestryanı bölgə yaxınlığında konvoya naməlum adamlar atəş açıb. Hadisə nəticəsində eyni ailədən 3 nəfər həyatını itirib, 4-ü isə yaralanıb.

  Xarkov şəhərində su almağa çıxan 33 yaşlı azərbaycanlı da naməlum istiqamətdən gələn güllə nəticəsində dünyasını dəyişib.

  Xatırladaq ki, fevralın 26-da Xerson şəhərində Rusiyanın hücumu nəticəsində azərbaycanlı ana və 2 yetkin uşaq həyatını itirmişdi.

  Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr