"Ərdoğan və Əliyev Rusiya ilə danışıqlara başlamağa kömək edəcəklərini bildirdilər", V.Zelenski

Sosial media hesabından paylaşdığı videomüraciətdə Rusiyanın Ukraynaya hücumu ilə bağlı qiymətləndirmələr edən Zelenski deyib...

1786158
"Ərdoğan və Əliyev Rusiya ilə danışıqlara başlamağa kömək edəcəklərini bildirdilər", V.Zelenski

 

  Ukrayna prezidenti Vladimir Zelenski R.T.Ərdoğan və İ.Əliyevin Rusiya ilə danışıqlara başlamağa kömək edəcəklərini bildirdiklərini açıqlayıb.

  Sosial media hesabından paylaşdığı videomüraciətdə Rusiyanın Ukraynaya hücumu ilə bağlı qiymətləndirmələr edən Zelenski deyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə danışıqlara başlamaq üçün kömək edəcəklərini və bu təklifi müsbət qarşıladıqlarını bildiriblər.

  İsveçrə, Yunanıstan, Hollandiya, İtaliya və Hindistan başçıları ilə də danışdım.

  Ukrayna xalqı dünyanın səmimiyyətini və diqqətini qazanıb.

  Rusiyaya qarşı SWIFT sanksiyası ilə bağlı nəticə əldə etdik. Rəsmi Moskva qlobal maliyyə sistemindən kənarlaşdırılacaq və milyardlarla dollar zərərə uğrayacaq.

  Katolik dünyasının ruhani başçısı Papa Fransisk də daxil olmaqla dünyanın bir çox dini rəhbərləri ilə də danışmışam. Onların hamısı Ukraynanın qələbəsi üçün dua edir.

  İşğalçılar Ukraynada hər şeylə yanaşı özlərini də məhvə aparır.

  26 fevral (şənbə) axşamı vətəndaşların sığınacaq olaraq istifadə etdiyi metroda ilk dəfə uşaq (qız) dünyaya gəldi.

  Ukrayna şəhərlərini azad etmək üçün nə lazımdırsa, o qədər də döyüşəcəyik.”

  Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr