Ukraynanın Ankaradakı Səfirliyi Türkiyəyə müraciət etdi

Ukraynanın Ankaradakı səfirliyindən Türkiyəyə dəstək çağırışı...

1784090
Ukraynanın Ankaradakı Səfirliyi  Türkiyəyə müraciət etdi

 

  Ukraynanın Ankaradakı Səfirliyi Türkiyəyə dəstək müraciəti etdi.

  Səfirliyin sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələr yer alır: "Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Dinc Ukrayna şəhərləri bombalanır. Strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqının bu çətin zamanda bizə dəstək olmasını istəyirik".

  Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr