"Ukrayna özünü müdafiə edəcək və qalib gələcək", D.Kuleba

Vladimir Putinin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlamasından sonra paytaxt Kiyev də daxil olmaqla, ölkənin Xarkov, Kramatorsk, Mariupol, Nikolaiv və Odessa şəhərlərində də bir-birinin ardınca partlayışlar baş verib

1784076
"Ukrayna özünü müdafiə edəcək və qalib gələcək", D.Kuleba

 

  Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba deyib: “Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Şəhərlərimizə hücumlar davam edir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və bunu etməlidir. Hərəkət etmək zamanıdır".

  Vladimir Putinin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlamasından sonra paytaxt Kiyev də daxil olmaqla, ölkənin Xarkov, Kramatorsk, Mariupol, Nikolaiv və Odessa şəhərlərində də bir-birinin ardınca partlayışlar baş verib. Səlahiyyətlilər bu səslərin raket hücumlarından qaynaqlandığını açıqlayıb.

  Donbas vilayətinin Kramatorsk şəhəri üzərində döyüş təyyarələrinin səsi eşidilib.

  Haraların vurulduğu və hücumlarda hər hansı itki olub-olmadığı barədə məlumat verilməyib.

  Rusiya əsgərlərinin separatçı zonalardan kənara çıxıb-çıxmaması ilə bağlı da heç bir açıqlama yoxdur.



Әlaqәli Xәbәrlәr