Bəşər Əsəd rejimi Ukraynadakı seperatçılarla əməkdaşlıq edəcək

Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər naziri Feysəl əl-Mikdad Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk xalq respublikalarını tanımaq qərarını dəstəklədiklərini bildirib.

1782828
Bəşər Əsəd rejimi Ukraynadakı seperatçılarla əməkdaşlıq edəcək

Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər naziri Feysəl əl-Mikdad Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk xalq respublikalarını tanımaq qərarını dəstəklədiklərini və sözügedən separatçı hökumətlərlə əməkdaşlıq edəcəklərini açıqlayıb. 

Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Valday Diskussiya Klubunun toplantısında çıxış edən Mikdad Putinin Ukraynanın Donbas bölgəsindəki qondarma separatçı administrasiyasını tanımasına toxunub.

Mikdad sözügedən qərarı dəstəklədiklərini və Rusiyanın tanıdığı separatçılarla əməkdaşlıq edəcəklərini bildirib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi 2018-ci ilin mayında Gürcüstandan birtərəfli müstəqilliklərini elan edən Rusiyanın dəstəklədiyi separatçı Abxaziya və Cənubi Osetiya regionlarını tanımaq qərarına gəlmişdi.



Әlaqәli Xәbәrlәr