Bağdad hava limanına raket hücumu
İraqda Bağdad Beynəlxalq Hava Limanına 6 raket atılıb.
1769817
“NasNews” xəbər saytında hücum ilə əlaqəli məlumat yayılıb. Bildirilib ki, səhər saatlarında Bağdad Beynəlxalq Hava Limanı ərazisinə 6 raket atılıb. Onlardan bəziləri uçuş-enmə zolağına və aeroport binasına yaxın düşdüşb, apronda olan boş mülki təyyarədən biri zədələnib.
Qeyd edək ki, Bağdad Beynəlxalq Hava Limanında ABŞ-ın hərbi bazası da yerləşir. Hücumla əlaqəli rəsmi bəyanat yayılmayıb.