İraq terror təşkilatı DEAŞ-a qarşı əməliyyat başladıb

İraq təhlükəsizlik qüvvələri Diyala vilayətində terror təşkilatı DEAŞ-a qarşı genişmiqyaslı əməliyyat keçirir.

1767869
İraq terror təşkilatı DEAŞ-a qarşı əməliyyat başladıb

 İraqın rəsmi agentliyi İNA-nın   xəbərinə    görə   terror təşkilatı DEAŞ-ın ötən həftə Diyalədə həyata keçirdiyi hücumdan sonra İraq təhlükəsizlik qüvvələri hərəkətə keçib. Ordu, polis və hava qüvvələrinin müxtəlif  bölmələrinin iştirakı ilə ötən gün Diyalanın Uzaym rayonunda terrorçulara qarşı genişmiqyaslı əməliyyat başladılıb. Bölgəni terrorçulardan tamamilə təmizləmək üçün başladılan əməliyyatın davam edəcəyi bildirilib.

Xatırladaq  ki, 21  Yanvarda terror təşkilatı DEAŞ Diyala vilayətinin Uzaym rayonunda ordu qüvvələrinə hücum edib və hadisədə 11 İraq əsgəri şəhid olub.

 



Әlaqәli Xәbәrlәr