“İran ABŞ-la birbaşa o zaman müzakirə masasına oturar ki...”, Ə.Şemrani

“Twitter” hesabından etdiyi şərhdə Ə.Şemrani yazıb...

1768095
“İran ABŞ-la birbaşa o zaman müzakirə masasına oturar ki...”, Ə.Şemrani

 

  İran Milli Təhlükəsizlik Yüksək Şurasının Baş katibi Əli Şemhani “Avstriyanın paytaxtı Viyanada davam edən nüvə görüşləri müsbət nəticələnərsə, ölkəsinin Amerika Birləşmiş Ştatları ilə birbaşa müzakirə masasına otura biləcəklərini” söyləyib.

  “Twitter” hesabından etdiyi şərhdə Ə.Şemrani yazıb: “Avstriyada davam edən nüvə görüşlərində rəsmi Vaşinqton ilə Tehran arasında Avropa İttifaqının vasitəçiliyi danışıqlar gedir. Viyanada Amerika heyəti ilə qeyri-rəsmi yazışmalar da olub. Məncə, artıq çox görüşə ehtiyac qalmayacaq.

  Danışıqlar yaxşı bir müqavilə ilə nəticələnərsə, ünsiyyət üsulları da dəyişəcək. Belə ki, İran ABŞ-a birbaşa görüşlər üçün qapını açıq saxlayır.”

  Xatırladaq ki, İranın dini rəhbəri Ayetullah Əli Hamaney 4 illik vəzifəsi müddətində ölkəsinə qarşı maksimum təzyiq siyasəti yürüdən ABŞ-ın eks-prezidenti Donald Tramp hökuməti ilə birbaşa görüşləri qadağan etmişdi.

  Qeyd edək ki, nüvə müqaviləsinin yenidən tam mənasıyla tətbiq olunmasını təmin etmək və ABŞ-ın razılaşmaya əməl etməsinin müzakirə olunduğu nüvə danışıqları Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrin iştirakıyla Avstriyanın paytaxtı Vyanada aparılır.

  Tərəflər görüşlərdə irəliləyişin hiss edildiyi və bir neçə ay içində son müqavilənin hazırlanacağını bildirir.

  Bura qədərki görüşlərə bilvasitə qatılan ABŞ İranla üz-üzə danışmaq istəsə də, rəsmi Tehran bu fikri rədd edirdi.

  İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da etdiyi şərhdə ABŞ-la birbaşa görüşün müzakirələrdə son müqavilə alındıqdan sonra mümkün olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr