Rusiya Həmas Hərəkatını danışıqlara dəvət edib

Rusiya HƏMAS Hərəkatı nümayəndə heyətini Fələstin barışıq danışıqlarına dəvət edib.

1761148
Rusiya Həmas Hərəkatını danışıqlara dəvət edib

TRT xəbər verir ki, bu barədə HƏMAS Hərəkatının Siyasi Büro üzvü və beynəlxalq əlaqələr üzrə məsul şəxsi Musa Əbu Mərzuk Aksa telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, mənsubu olduğu Hərəkat Fələstinin milli birlik-bərabərliyi və dincliyi üçün heç bir dəvəti rədd etməyib. Rusiyanın dəvətini də müsbət qarşılayıb. Lakin yeganə şərtimiz “Fələstin xalqının olmasa-olmazlarından güzəştə gedməmək və real siyasi iştiraka sahib olmaqdır”.

Fələstin Rəhbərliyi və Fəth Hərəkatını özünü tənqid etməyə və səhvlərini etiraf etməyə çağıran Əbu Mərzuk, Fəthin Əlcəzairin fələstinli qruplara ev sahibliyi etməsi tələbinə biganə qaldığını, Rusiyanın da sözmövzusu dəvətinə hələ də cavab vermədiyini bildirib.



Әlaqәli Xәbәrlәr