Güclü zəlzələ bütün bölgədə hiss olunub

Zəlzələnin episentrinin Mersin şəhərinin Anamur rayonundan təxminən 134 kilometr aralıda olduğu müəyyən edilib.

1760336
Güclü zəlzələ bütün bölgədə hiss olunub

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) Aralıq dənizində Kıbrıs (Kipr) sahillərində Türkiyə vaxtı ilə saat 04.07-də  6,4 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. 
Zəlzələ Türkiyənin Antalya, Mersin, Hatay, Adana, Isparta, Burdur və Konya şəhərlərində də hiss olunub.
AFAD-ın internet saytında yer alan məlumata görə, saat 04.07-də ​​Aralıq dənizində, Kıbrıs adasının cənub-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentrinin Mersin şəhərinin Anamur rayonundan təxminən 134 kilometr aralıda olduğu müəyyən edilib.

Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Aralıq dənizində baş verən zəlzələdə dağıntı aşkar edilmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr