Pakistanda qeyri-sabit hava şəraiti davam edir

Pakistanın Bəlucistan əyalətində güclü yağışlar nəticəsində evlər dağılıb, yollar çöküb.

1757965
Pakistanda qeyri-sabit hava şəraiti davam edir

TRT-nin ölkə mətbuatına əsaslandırdığı xəbərə görə neçə gündür davam edən güclü yağışlar Bəlucistanın Qvadar, Çaman, Ormara və Keç bölgələrində təsirli olub. Yağış səbəbindən Camanda 200-dən çox ev və təhsil obyekti dağılıb, yollarda çökmələr olub. Bir çox rayonlarda elektrik enerjisi kəsilib, çoxlu evlər su altında qalıb. Bəlucistan hökuməti Qvadarda fövqəladə vəziyyət elan edib. Yağışın təsirli olduğu ərazilərdə başladılan axtarış-xilasetmə işlərinə ordu və donanma heyəti də qatılıb. Bölgədə itki olub-olmadığı barədə məlumat paylaşılmayıb.



Әlaqәli Xәbәrlәr