Səudiyyə Ərəbistanında Covid-19 əlayhinə tədbirlər artırıldı

Müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində, dünyanın ən böyük məscidi Əl-Haramda və Məscidi- ən-Nəbəvidə yenidən sosial məsafə tətbiq olunacaq.

1754570
Səudiyyə Ərəbistanında Covid-19 əlayhinə tədbirlər artırıldı

Səudiyyə Ərəbistanı yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində bu gündən etibarən Müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində, dünyanın ən böyük məscidi Əl-Haramda və Məscidi- ən-Nəbəvidə sosial məsafənin yenidən tətbiq olunacağını açıqlayıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın Məscidi-Haram və Məscid-i Nəbəvi İşləri İdarəsinə əsaslandırdığı xəbərə görə, müqəddəs yerlərə məhdudiyyətlərin qoyulmasına Covid-19 hadisələrinin artması səbəb göstərilib. Qərara əsasən, bu gündən etibarən Məscidi Əl Haram və Məscid-i Nəbəvidə sosial məsafə tətbiq olunacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 15 oktyabrda Covid-19 məhdudiyyətlərinin yüngülləşdirilməsi çərçivəsində Məscidi Əl Haram və Məscidi ən-Nəbəvinin sosial məsafə tədbirləri gözlənilmədən ibadətə açılmasına icazə veriləcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr