Beynəlxalq koalisiyanın İraqdakı döyüş missiyası tamamlandı

İraqın baş naziri Mustafa Əl-Kazemi sosial media hesabı Tvitterde paylaşdığı açıqlamada bu barədə məlumat yayıb.

1754486
Beynəlxalq koalisiyanın İraqdakı döyüş missiyası tamamlandı

Başnazir Mustafa Əl-Kazemi: “ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraqdakı döyüş missiyasını tamamlayaraq ölkədən çıxdı. Bu ABŞ və İraq arasındakı strateji dialoq danışıqlarının nəticələrinə uyğun olaraq reallaşdı. Beynəlxalq koalisiyanın bütün qüvvələri və döyüş texnikaları da İraqdan çıxarıldı. Terror təşkilatı DEAŞ-a qarşı mübarizədə dəstəklərinə görə koalisiya komandanlığına, koalisiya tərkibindəki qonşu və müttəfiq ölkələrə təşəkkür edirəm. Daha İraq qüvvələri öz xalqını qoruyabiləcək gücə malikdir”.

Xatırladaq ki, 2014-cü ilin iyun ayında terror təşkilatı DEAŞ İraqın Mosul, Səlahəddin və Ənbar başda olmaqla Diyalə və Kərkük vilayətlərinin bir qisminə nəzarəti ələ keçirdi. Lakin aqarılan mübarizələr nəticəsində sözmövzusu ərazilər geri alındı. Bu mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraq qoşunlarına logistika, kəşfiyyat və hava hücumları ilə dəstək verdi.



Әlaqәli Xәbәrlәr