İranın nüvə müzakirələrinin növbəti raundu başlayır

İran ilə 4+1 ölkələri (Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya) və ABŞ arasındaki nüvə danışıqlarının 8-ci raunduna bu gün (27 dekabr) Avstriyanın paytaxtı Vyanada start veriləcək.

1753192
İranın nüvə müzakirələrinin növbəti raundu başlayır

TRT xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi (İRNA) məlumat yayıb. Agentlik müzakirə qrupunun rəsmisinə istinad etdiyi məlumatda bildirib ki, ümumi çərçivədə konsensüs əldə edilib. Bu gün başlayacaq yeni turda detallar müzakirə ediləcək.

Müzakirə heyətində iştiraık edən lakin adı hallanmayan İran rəsmisi: “Biz qasa müddətdə tərəflərin xoşnud olacağı razılaşma əldə etmək istəyirik. Lekin qırmızı xətlərimizdən güzəştə getməyəcəyik. İran nümayəndə heyəti Vyanaya hazırlıqlı gəlib və lazım olduğu qədər burada qalmaqda davam edəcək. Əvvəlki raundda ümumi çərçivə mövzusunda razılıq əldə edildi. Növbəti turda isə məzmunu müzakirə edəcəyik. Qarşı tərəf məzmunla bağlı danışıqlara diqqət yetirirsə, irəliləyiş olacağına inanıram”-deyə İran rəsmisi bildirib.



Әlaqәli Xәbәrlәr