İsrail əsgərlərinin fələstinlilərə müdaxiləsi sərt olub, 44 fələstinli yaralanıb

İşğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərinin Burqa kəndində fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurmada 44 nəfər yaralanıb.

1752052
İsrail əsgərlərinin fələstinlilərə müdaxiləsi sərt olub, 44 fələstinli yaralanıb

TRT-nin Fələstin Qızıl Aypara Cəmiyyətinə istinad etdiyi xəbərinə görə Yəhudi köçkünlərin bölgədə keçirmək istədikləri yürüşdən əvvəl Burka kəndinə basqın edərək bəzi yolları bağlamasına etiraz edən və müqavimət göstərən fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaşanıb. İsrail əsgərləri rezin güllə və gözyaşardıcı qaz bombalarından istifadə edərək Fələstinlilərə müdaxilə edib. Hadisə nəticəsində 44 fələstinli yaralanıb, gözyaşardıcı qaz bombalarından təsirlənən 83 fələstinli isə boğulma riski ilə üzləşib.

Bildirilir ki, Fələstin Rəhbərliyindən işğal altındakı İordan çayının qərb sahilində yəhudi məskunlaşanların fələstinlilərə qarşı hücumlarına dair yayılan açıqlamasında, Yəhudilərin hücumlarının artmasının bölgədə təhlükəsizliyi daha da ardıracağına diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr