Taliban BMT-nin  ölkədəki ofislərini ödəniş qarşılığında qoruyacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) Talibana  təklif  edib ki, Əfqanıstandakı şəxsi heyətinin və ofislərinin təhlükəsizliyini ödəniş  qarşılığında  qorusun.

1751481
Taliban BMT-nin  ölkədəki ofislərini ödəniş qarşılığında qoruyacaq

BMT baş katibinin sözçülərindən Fərhan Haq mətbuata  açıqlamasında  bu  barədə  danışıb.  O  bir  jurnalistin ünvanladığı  “BMT, ofislərinin təhlükəsizliyini təmin etməsi üçün Talibana 6 milyon dollar təklif edibmi”  Sualına:  “Birləşmiş Millətlər Təşkilatı Əfqanıstandakı faktiki hakimiyyət orqanlarından müxtəlif təhlükəsizlik təminatları və yardım istəyib. Sistem personalımızın və kampuslarımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən əlavə təhlükəsizlik xidmətləri göstərən personala subsidiyalar verir”.

Talibana    tələbləri  qarşılığında   nə qədər  ödəniş  olacağını  açıqlamayan  Haq  Təhlükəsizliyin   bərpasında  ev sahibi ölkələrin məsuliyyət daşıdığına  diqqət çəkib  və sözmövzusu  ölkədə  təhlükəsizlik  xidmətləri  üçün BMT-nin  büdçə  ayırmasına  Əfqanıstandakı çətin iş mühitini  səbəb  göstərib.  


Etiketlәr: #Əfqanıstan , #BMT , #Taliban

Әlaqәli Xәbәrlәr