Hindistan S-400 raket sistemini Pəncab əyalətinə yerləşdirib

Hindistan Rusiya istehsalı olan ilk S-400 hava hücumundan müdafiə raket sistemini Pəncab əyalətinə yerləşdirib.

1750373
Hindistan S-400 raket sistemini Pəncab əyalətinə yerləşdirib

TRT-nin Hindustanın Times qəzetinə istinad etdiyi xəbərinə görə Rusiya ilə Hindistan arasında hava hücumundan müdafiə sahəsində əməkdaşlıq çərçivəsində S-400 sistemlərinin ilk batareyaları quraşdırılıb. Hindistan Hərbi Hava Qüvvələri bu barədə açıqlama verib: “S-400 batareyaları Hindistanın Pəncab əyalətində yerləşdirilib, Rusiya istehsalı raketlər ölkənin hava hücumundan müdafiə qabiliyyətini artıracaq”.

Pəncabda yerləşdirilən S-400 hava hücumundan müdafiə sisteminin 400-250 kilometr məsafədə olan döyüş təyyarələri, ballistik raketləri və AWACS təyyarələri, 4 fərqli raketlə vurabiləcək xüsusiyyətə malik olduğu ifadə edilən açıqlamada 2015-ci ildə iki ölkə arasında raket sistemlərinin alınmasına dair müqavilə imzalandığına diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr