ABŞ vətəndaşlarına çağırış  edib ki Ukraynaya getməsinlər

ABŞ Dövlət Departamenti vətəndaşlarını Ukraynaya səyahət etməməyə çağırıb.

1750537
ABŞ vətəndaşlarına çağırış  edib ki Ukraynaya getməsinlər

TRT xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq koronavirus pandemiyası və Ukraynada Rusiya təhdidinin artması ilə bağlıdır

“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı vacib bir hərbi hərəkat planlaşdırdığına dair xəbərlərin fərqində olmalıdır. ABŞ vətəndaşlarına xüsusən Ukrayna sərhədləri boyunca, Krımda və Rusiya tərəfindən nəzarət edilən şərqi Ukraynada təhlükəsizlik tədbirlərinin proqnozlaşdırıla bilməyən olduğu, hər an pozula biləcəyi xatırladılır”.

Xəbərdarlıqda həmçinin vurğulanıb ki, rus hərbi hərəkatının ola biləcəyi bölgələrdə və Rusiyanın nəzarətindəki Krım, Donetsk və Luqansk kimi ərazilərdə  konsulluq xidmətləri də ciddi təsirə məruz qalır.

 



Әlaqәli Xәbәrlәr