ABŞ prezidenti Bayden ilə Putin Rusiya-Ukrayna gərginliyini müzakirə edib

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə görüşüb.

1744521
ABŞ prezidenti Bayden ilə Putin Rusiya-Ukrayna gərginliyini müzakirə edib
putin-biden1.jpg
putin-biden.jpg

 Ağ Evdən verilən məlumata görə, iki lider arasındakı görüş Vaşinqton vaxtı ilə səhər saat 10:07-də başlayıb.

Rusiyanın RİA xəbər agentliyinin məlumatına görə, iki saat bir dəqiqə davam edən görüşün əsas mövzusu Ukrayna olub.

Ağ Evdən verilən açıqlamada bildirirlir ki, görüş zamanı ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə deyib ki, "Birləşmiş Ştatlar Moskvanın Ukrayna yaxınlığında qoşun toplamasından “dərin narahatdır”. Bayden söz verib ki, Vaşinqton və onun müttəfiqləri “hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcək”.

Açılamada bildirilir ki, "Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb və gərginliyin azaldılmasına və diplomatiyaya qayıtmağa çağırıb".

Görüşdən əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi deyib ki, Rusiyanın Ukraynanı işğal etdiyi təqdirdə "Biz müttəfiqlərimizlə əhəmiyyətli dərəcədə məsləhətləşmişik və Rusiya iqtisadiyyatına ciddi və ağır ziyan vuracaq bir yolumuz olduğuna inanırıq".

"Bunu təhdid adlandıra bilərsiniz" deyən Psaki bildirib ki,“Bunu fakt adlandıra bilərsiniz. Buna hazırlıq deyə bilərsiniz. Nə istəsən, onu da adlandıra bilərsən”.

Administrasiya rəsmiləri deyir ki, Moskva Ukrayna hökumətinə qarşı olduqca böyük kiber dezinformasiya kampaniyasına başlayıb ki, bu da Rusiyanın 2014-cü ildə Krımı işğalı və ilhaqını bir daha yada salır.

Görüş zamanı Putinin Ukraynanı heç vaxt NATO-ya üzv olmasına icazə verilməməsi ilə bağlı tələb irəli sürəcəyi bildirilsə də, bu tələbin Bayden tərəfinən rədd ediləcəyi gözlənilirdi.

Rusiaynın Ukraynaya hərbi müdaxiləsi təqdirində Bayden Rusiyanı beynəlxalq maliyyə ödənişləri sistemi olan SWIFT-dən kəsməklə hədələməsi də gözləntilər arasındadır.

ABŞ-ın hazırda Ukraynaya geniş hərbi dəstək verməsinə baxmayaraq, administrasiya rəsmiləri Rusiyanın işğala başlayacağı halda Birləşmiş Ştatların Ukraynaya qoşun yerləşdirməyəcəyini deyir.

Bu ilin sentyabrında Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib və onu əmin edib ki, “Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətlə sadiqdir”.

Bazar ertəsi Ukrayna prezidenti Şərqi Donetsk bölgəsindəki qoşunlara baş çəkib və onun qüvvələrinin Rusiyanın hücumunu dəf etməyə qadir olduğunu bildirib.

 



Әlaqәli Xәbәrlәr