Ukraynada daha bir hərbçi öldürülüb
Ukraynanın şərqindəki Donbas ərazisində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.
1741933
TRT-nin Ukrayna Silahlı Qüvvələrinə istinad etdiyi xəbərinə görə dünən separatçılar atəşkəsi 4 dəfə pozub. Bildirilir ki, separatçıların Donbasın Şumi, Marinka, Avdiviyka və Novotroystke bölgələrinə hücumu nəticəsində bir Ukrayna əsgəri həyatını itirib. Ukrayna Silahlı Qüvvələri bu gündən etibarən atəşkəs rejiminə riayət edilməyəcəyini bildirib.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri
“Bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq”, D.Peskov
Rusiyanın xəbər agentliyi TASS-a açıqlama verən D.Peskov deyib ...