“Bu fürsət pəncərəsi sonsuza qədər açıq olmayacaq”, H.Ə.Abdullahiyan

Ölkənin rəsmi yayım orqanı “İran” qəzetində noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada başlanan nüvə müzakirələrilə bağlı məqaləsində Qərbi nüvə müqaviləsilə bağlı "heç bir sözə əməl etməməkdə" günahlandıran Abdullahiyan yazıb...

1740396
“Bu fürsət pəncərəsi sonsuza qədər açıq olmayacaq”, H.Ə.Abdullahiyan

 

  İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "yaxşı bir müqavilə" üçün lazımlı iradəyə sahib olduqlarını ifadə edərək nüvə müqaviləsi xaricindəki tələbləri qəbul etməyəcəklərini bildirdi.

  Ölkənin rəsmi yayım orqanı “İran” qəzetində noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada başlanan nüvə müzakirələrilə bağlı məqaləsində Qərbi nüvə müqaviləsilə bağlı "heç bir sözə əməl etməməkdə" günahlandıran Abdullahiyan yazıb: “İran yaxşı niyyətini göstərmək və sanksiyaların aradan qalxmasını təmin etmək üçün bir daha müzakirələrə gedir. Məqsəd nəticəverici müzakirələr və 4+1 ölkələri ilə yaxşı bir müqavilə əldə etməkdir. İran nüvə müqaviləsi xaricindəki tələbləri qəbul etməyəcək və bu mövzuları müzakirə etməyəcək.

  Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsinə qayıtması üçün İranın maraqlarına uyğun şəkildə sanksiyaları tamamilə qaldırmalı, zəmanət verməli və addımları təsdiqlənən olmalıdır. Bu, təmin edilərsə, İran da vədlərinə əməl edər.

  Nüvə müqaviləsi tərəfdarları siyasi iradəyə malik olarsa, danışıqlar baş tutar.

  ABŞ əvvəlki kimi ağrılı təcrübələrin yaşanmayacağına dair zəmanət verməlidir. Ticari ortaqlarımızı narahat etməmək şərtilə Amerika İranla qalıcı ticarət əlaqələri qura bilər. Bu fürsət pəncərəsi sonsuza qədər açıq olmayacaq. ABŞ və 3 Avropa ölkəsi bunu yaxşı anlamalıdır. Tətbiq olunan bütün sanksiyalar aradan qaldırılmadan müqavilənin ərsəyə gəlməsi mümkün deyil."



Әlaqәli Xәbәrlәr