İlham Əliyev V. Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev Putinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına töhfəsini yüksək qiymətləndirib

1739372
İlham Əliyev V. Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib

“2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib, döyüş toqquşmaları, ciddi hadisələr olmayıb”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə deyib.

Dövlət başçısı İ. Əliyev V. Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib.

Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaların baş verdiyini qeyd edən Prezident İlham Əliyev bu ərazilərin Rusiya sülhməramlılarının səlahiyyət zonasına aid olmadığını söyləyib: “Lakin bütün bunlar bizi riskləri necə idarə etmək, onları minimallaşdrmaq üzərində işləməklə bağlı məsələləri diqqətlə nəzərdən keçirməyə, o cümlədən üçtərəfli format da daxil olmaqla müzakirələr aparmağa vadar edir. Biz Sizin, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin və təbii ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, gələn il bu işdə yaxşı nəticələr əldə edəcəyik”.

Rusiya Prezidenti Vladimir Putin isə deyib ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır.

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.

Putin və Əliyevin görüşündən sonra Paşinyanın da iştirakı ilə bu gün Soçidə üç tərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

 



Әlaqәli Xәbәrlәr