Rusiyanın kömür mədənində baş verən partlayışda həlak olanların sayı artır

Rusiya prezidenti Vladimir Putin qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib

1738730
Rusiyanın kömür mədənində baş verən partlayışda həlak olanların sayı artır

 

  Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki Listvyajnaya kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların sayı 11-ə çatıb. Bu barədə Kemerovo vilayətin qubernatoru Sergey Tsivilev məlumat verib.

  Hazırda mədəndə 49 nəfərin qaldığı bildirilir. Onlarla əlaqə yaratmaq hələ ki, mümkün olmayıb.

  Hadisənin kömür tozunun yanması nəticəsində baş verdiyi ehtimal edilir.

  Rusiya Fövqəladə Hallar Nazirliyindən edilən şərhdə Kemerovodakı kömür mədənində təxminən 250 metr dərinlikdə yanğın çıxdığı bildirilib.

  Yanğın və tüstüsü təhlükəsi ilə əlaqədar mədəndən 239 adamın çıxarılıb, 11 nəfər ölüb, 45-i yaralanıb.

  Rusiya prezidenti Vladimir Putin qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib, mədəndə davam edən xilasetmə işləri üçün bütün imkanların səfərbər edilməsi üçün təlimatı verdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr