Rusiya daha 31 Krım tatar türkünü saxlayıb

Ukrayna xarici işlər nazirinin müavini Əminə Ceppar Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda 31 Krım tatar türkünün saxlanıldığını açıqlayıb.

1737836
Rusiya daha 31 Krım tatar türkünü saxlayıb

Əminə Ceppar   sosial  media   hesabından  paylaşdığı  açıqlamada: “Krım tatar fəalları, həbs müddəti başa çatan vəkil Edem Semedlayevi qarşılamağa   getdikləri   əsnada tutulublar. Aralarında qadın və jurnalistlərin də olduğu 31 nəfər  saxlanılıb.  Rusiya özbaşına həbslərə dərhal son qoymalı və qanunsuz həbs edilən bütün Ukraynalıları azad etməlidir”.



Әlaqәli Xәbәrlәr