Türkiyə ilə BƏƏ arasında əməkdaşlığı  artıracaq yeni addımlar atılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd İbn Zayed Əl Nəhyan Türkiyəyə  səfərə  gedir.

1737490
Türkiyə ilə BƏƏ arasında əməkdaşlığı  artıracaq yeni addımlar atılır

TRT xəbər  verir  ki,  bu  barədə   Türkiyənin  prezident  administrasiyasının ictimaiyyətlə  əlaqələr   idarəsindən məlumat  yayılıb.  Bildirilib  ki,  Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd İbn  Zayed Əl Nəhyan prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə  görə 24  noyabrda   Türkiyədə  səfərdə   olacaq. Nəhyanın  Ankarada  keçirəcəyi görüşlərdə  Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın inkişafı üçün atılası  addımlar müzakirə olunacaq. Aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.   



Әlaqәli Xәbәrlәr