Bolqarıstanda baş verən yol qəzasında 46 nəfər yanaraq ölüb

Paytaxt Sofiyanın qərbində Şimali Makedoniya nömrəli sərnişin avtobusunun yanması nəticəsində ilkin məlumata görə, azı 46 nəfər ölüb.

1737251
Bolqarıstanda baş verən yol qəzasında 46 nəfər yanaraq ölüb

Bolqarıstanın paytaxtı Sofiyanın qərbində Şimali Makedoniya nömrəli sərnişin avtobusunun yanması nəticəsində ilkin məlumata görə, azı 46 nəfər ölüb.
"NOVA" telekanalının xəbərinə görə, Sofiyanın qərbində Pernik kəndinə yaxın Bosnek kəndi bölgəsində Şimali Makedoniya nömrəli bir sərnişin avtobusu yol kənarındakı baryerə çırpılaraq yanıb. İlkin məlumata görə, “Struma” şosesində baş verən qəzada 12-si uşaq olmaqla 46 Şimali Makedoniya vətəndaşı yanaraq ölüb. Qəzada yaralanan 7 nəfər Sofiyadakı xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, avtobus dünən İstanbuldan yola düşüb və Türkiyə vaxtı ilə saat 21.00 radələrində Bolqarıstana daxil olub.

Noyabrın 22-də axşam radələrində isə Varna bölgəsində qocalar evində baş verən yanğında 9 nəfər həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr