Rusiya və İran regional  mövzuları müzakirə  edib

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İranda  səfərdə  olub.

1736805
Rusiya və İran regional  mövzuları müzakirə  edib

Aleksandr Lavrentyev  İrana  səfəri  çərçivəsində  paytaxtı Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə bir araya  gəlib. 

TRT-nin  İran Xarici İşlər Nazirliyinin yaydığı  məlumata  istinad  etdiyi  xəbərə   görə  Suriyanın paytaxtı Dəməşqdən sonra Tehrana gedən Lavrentyev və Rusiya Xarici işlər nazirinin müavini Sergey Verşinin  Abdullahiyan ilə  görüşü  zamanı   ikitərəfli əlaqələr, bölgədə  cərəyan  edən proseslər və Suriyadakı vəziyyət müzakirə  olunub. İranın  Xarici  işlər  naziri  Abdullahiyan danışıq  zamanı  Suriyadakı  böhranın  yeganə  həll  yolunun Astana prosesi çərçivəsində  Suriyalıların  öz aralarında  aparacaqları  danışıqlar olduğunu vurğulayıb. Moskva və Tehranın Suriyanın yenidən qurulması üçün birgə çalışmalı olduqlarının   əhəmiyyətinə   diqqət  çəkən   İranlı nazir həmçinin  qeyd  edib  ki,  rəsmi  Tehran  Rusiya ilə daimi və uzunmüddətli əməkdaşlığı irəli  pillələrə  qaldırmaq istəyir.



Әlaqәli Xәbәrlәr