İran ilə Azərbaycan münasibətlərində yeni dövrə qədəm qoyulub

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Tehrana reallaşdırdığı səfərini münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirib.

1737104
İran ilə Azərbaycan münasibətlərində yeni dövrə qədəm qoyulub

Hətibzadə Tehranda Xarici İşlər Nazirliyinin binasında keçirdiyi mətbuat konfransında gündəlikdəki məsələlərə münasibət bildirib. Sözçü  qeyd edib ki, Azərbaycanın baş nazirinin müavini Mustafayevin Tehran səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsi məqsədi ilə baş tutub. Mətbuat orqanları vasitəsiylə yaranmış arzuolunmaz və lazımsız gərginliyi hər iki tərəfin qətiyyətli mövqeyi ilə geridə qoyduqlarını ifadə edən  sözçü  ölkəsi ilə Azərbaycan arasında münasibətlərdə  yeni  dövrə qədəm qoyulduğunu, cənab Mustafayevin  Tehrana səfərinin də bu çərçivədə  reallaşdığını vurğulayıb. Qarşılıqlı  ziyarətlərin müxtəlif səviyyələrdə davam edəcəyini sözlərinə əlavə edib.  



Әlaqәli Xәbәrlәr