Moskva “Covid-19”la bağlı qismi bağlanmaya keçdi

Moskva Bələdiyyəsinin keçən həftə verdiyi qərara əsasən...

1726373
Moskva “Covid-19”la bağlı qismi bağlanmaya keçdi

 

 

  Rusiyanın paytaxtı Moskvada yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar müvəqqəti məhdudlaşdırmalara gedildi.

  Moskva Bələdiyyəsinin keçən həftə verdiyi qərara əsasən, şəhər sakinləri 28 oktyabrdan 7 noyabra qədər tətildə olacaq. Bu müddətdə şəhərdəki dərman və ərzaq mağazalarından başqa, bütün şirkətlərin fəaliyyəti məhdudlaşdırılacaq və Moskva sakinləri internet üzərindən alış-veriş edəcək.

  Sözügedən dövrdə restoran və kafelər yalnız evlərə xidmət üçün çalışacaq, ictimai xidmət təmin edən dövlət vahidləri bağlı olacaq.

  Uşaq bağçaları ilə məktəblərin də tətildə olacağı Moskvada teatr və muzeylər 50 faiz doluluq nisbətini keçməmə, barkod (QR kod) sisteminin tətbiqi və maska taxılması şərtiylə fəaliyyət göstərəcək.  

  Mədəniyyət, idman, əyləncə və digər tədbirlərin təşkilinin qadağan edildiyi şəhərdə səhiyyə firmaları çalışacaq.

  Küçəyə çıxma qadağasının gətirilmədiyi Moskvada 2020-ci ildən sürən maska taxma zəruriliyi də davam edəcək.



Әlaqәli Xәbәrlәr