İran: “Nüvə razılaşması üzrə danışıqlara başlayırıq”

İranın Xarici işlər nazirinin müavini Əli Baqeri noyabrın sonuna qədər nüvə razılaşması üzrə danışıqların Avstriyanın paytaxtı Vyanada başlayacağını bildirib.

1726161
İran: “Nüvə razılaşması üzrə danışıqlara başlayırıq”

Əli Baqeri Belçikanın paytaxtı Brüsselə səfəri çərçivəsində  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin Siyasi Direktoru Enrike Mora ilə görüşüb.

Nazir müavini görüşə dair sosial media  hesabından açıqlama verib. qeyd edib ki, Mora ilə fundamental mövzularda "ciddi və müsbət" danışıqlar apardıq. Nüvə razılaşması müzakirələrinə noyabrın sonundan əvvəl başlamaq barədə razılaşdıqlarını ifadi edən Baqeri konkret tarixin daha sonra açıqlanacağını bildirib.

Xatırladaq ki, Co Bayden vəzifəyə gəldikdən sonra aprelin 6-da Vyanada yenidən başlayan və 6 raundda davam edən nüvə razılaşması danışıqları İranda hakimiyyət dəyişikliyi səbəbindən dayandırıldı. Yeni hökumət danışıqlara qayıdacağını elan etdikdən sonra Mora oktyabrın 14-də Tehranda İran xarici işlər nazirinin müavini Əli Baqeri ilə bir araya gələrək, İran və Aİ arasında danışıqları yenidən başlatdı.



Әlaqәli Xәbәrlәr