İraq Suriya ilə sərhəddə təhlükəsizlik baryeri quraşdırıb

İraq ordusu terrorçuların ölkəyə girməsinin qarşısını almaq üçün Suriya sərhədində tikanlı məftil və gözətçi qüllələrindən ibarət 650 kilometrlik bir təhlükəsizlik baryeri quraşdırıldığını açıqlayıb.

1723284

İraq ordusunun sözçüsü Yəhya Rəsul rəsmi xəbər agentliyi "İNA"-ya verdiyi bəyanatda Suriyada torpaqlarındakı terror təşkilatlarının hələ də ölkəsi üçün təhlükə olduğunu bildirib.

Sözçü Rəsul Suriya tərəfi ilə birlikdə gözətçi qüllələri, termal kameralar və tikanlı məftillərdən ibarət 650 kilometrlik təhlükəsizlik baryerini tamamladıqlarını vurğulayıb.

İraq təhlükəsizlik qüvvələrinin ölkə sərhədlərini yaxşı qoruduğunu ifadə edən Rəsul İraq-Suriya sərhədini tamamilə nəzarətə götürmək və terrorçuların İraqa sızmasının qarşısını almaq istədiklərini bildirib.

Әlaqәli Xәbәrlәr