İran Xarici işlәr naziri Abdullahiyan, Antonio Quterres ilә görüşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres və İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında  telefon danışığı olub.

1721754
İran Xarici işlәr naziri  Abdullahiyan, Antonio Quterres ilә görüşüb

İran Xarici İşlər Nazirliyindәn görüş  ilә  әlaqәli   açıqlama   yayılıb.  Bildirilib  ki,   İran  Xarici  işlәr  naziri  Abdullahiyan və Quterreş arasında   baş tutan  telefon  danışığı  zamanı nüvə razılaşması  vә Əfqanıstanda törədilən terror aktları  dәyәrlmәndirilib. Abdullahiyan, Əfqanıstanda baş verən hücumlardan narahat olduqlarını, artan terror aktlarına və yeni immiqrasiya dalğalarına qarşı BMT və Quterresin məsuliyyətinin əvvəlkindən daha çox olduğuna diqqәt  çәkib. İranlı nazir Quterresdən Əfqanıstanda terrora qarşı mübarizə üçün ciddi addımlar atmasını istəyib. Baş katib müavini və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin Siyasi Direktoru Enrique Mora ilə paytaxt Tehranda aparılan danışıqları yüksәk qiymәtlәndirdiklәrini, müzakirәlәrә Belçikanın paytaxtı Brüsseldə davam edəcəklərini ifadə edən Abdullahiyan, konkret və praktiki nəticələrin  әldә  edilәcәyinә  inandıqları  danışıqlara  dәstәklәrinin tam olduğunu qeyd  edib. Məhbus mübadiləsinә  dә  toxunan nazir,   mövzunu humanitar çərçivədə qiymətləndirdiklәrini, bu  məsələnin nüvə anlaşması ilə əlaqələndirilməsini  istәmәdiklirini vurğulayıb. 27 oktyabrda Əfqanıstanla qonşu  ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Tehranda yığıncaq  keçirilәcәyini  xatırladan  Abdullahiyan Quterresi Tehrana dəvət edib. Guterres isә  Əfqanıstanda bütün etnik qrup və azlıqların tәmsil  olunacağı  hökumət  formalaşdırılmasının  әhәmiyyitinә  diqqәt çәkib vә   bu ölkəyə humanitar yardım göndərməyə davam etdiklərini bildirib. Nüvə  razılaşmasını  dәstәklәdiklәrini  ifadә edәn Guterres, bununla  әlaqәli   hәll  yolları  axtarmaqda  sәy  etdiyini  sözlәrinә   әlavә  edib.  



Әlaqәli Xәbәrlәr