BMT-dən Əfqanıstana humanitar yardım

Birləşmiş Millətlər Təşkilatı (BMT) Özbəkistan üzərindən Əfqanıstana 100 tondan çox humanitar yardım göndərdi.

1721150
BMT-dən Əfqanıstana humanitar yardım

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Mərkəzi Asiya nümayəndəliyindən bu barədə açıqlama verilib. Bildirilib ki, BMT son üç gün ərzində Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmizi Hava Limanına Əfqanıstana çatdırılmaq üzrə 100 tondan çox humanitar yardım göndərib. Humanitar yardımlar Tirmiz Hava Limanındakı logistika mərkəzində yük maşınlarına yüklənərək Termez-Hayratan sərhəd keçid məntəqəsindən Əfqanıstanın Məzari Şərif şəhərinə çatdırılacaq.

 



Әlaqәli Xәbәrlәr