Yaponiyadan Əfqanıstana humanitar yardım

Yaponiya Əfqanıstana təxminən 190 milyon dollarlıq humanitar yardım ayıracaq.

1718851
Yaponiyadan Əfqanıstana humanitar yardım

Yaponiyanın Baş naziri Fumio Kişida G20 -nin onlayn toplantısında bu  barədə  danışıb.  O  qeyd  edib  ki,  ölkəsi Əfqanıstana 190 milyon dollarlıq humanitar yardım göstərəcək. Fondun bu ilin sonuna qədər beynəlxalq təşkilatlar vasitəsi ilə Əfqanıstana çatdırılacağını ifadə edən Kişida, məqsədlərinin Əfqanıstan xalqının üzləşdiyi humanitar böhrana kömək etmək olduğunu  vurğulayıb. Keçən həftə Kunduzda bir məscidə  təşkil  edilən  hücumu qınadığını  ifadə  edən  Baş  nazir Kişida, əlaqədar tərəflərlə əməkdaşlıq edərək beynəlxalq ictimaiyyətin ortaq problemi olan terrorizmə  qarşı   mübarizə səylərini sürətləndirəcəyi  barədə  söz verib. Talibanın əhatəli  siyasi proses aparması  ilə  ölkənin yenidən  bərpası   üçün  lazım olan insan resursların, vəsaitlərin və dəstəyin təmin olacağına diqqət  çəkib. Xatırladaq ki,  Taliban 20 illik fasilədən sonra ötən avqust ayında yenidən  ölkəyə  nəzarəti ələ keçirdi. Verdiyi  açıqlamalarda insan hüquqlarına hörmət edəcəklərini və beynəlxalq ictimaiyyətlə yaxşı əlaqələr yaradacaqlarını irəli  sürdü.  



Әlaqәli Xәbәrlәr