Türkmənlər Məclisdə 2 yer qazanıblar

İraqda rəsmi olmayan seçki nəticələrinə görə, türkmənlər Kərkükdə 2 millət vəkili seçiblər.

1718087
Türkmənlər Məclisdə 2 yer qazanıblar

İraqda rəsmi olmayan seçki nəticələrinə görə, türkmənlər Kərkükdə 2 millət vəkili seçiblər.

İraq Ali Seçki Komissiyasının açıqladığı nəticəyə görə, İraq Türkmən Cəbhəsi Kərkükdə 2, kürdlər 6, ərəblər isə Məclisdə 4 yer qazanıb.

Paytaxt Bağdadda və ölkənin cənub şəhərlərində, Şiə Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrə bağlı Sədr Qrupu seçkilərə rəhbərlik edir.

İraqdakı Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) Ərbildəki seçkilərin nəticələrini rədd edərək səsvermə prosesində saxtakarlıq olduğunu irəli sürüb.

KYB-nin rəsmi internet saytı olan "Pukmedia"da yer alan məlumata görə, partiyanın Ərbil Ali Seçki Komitəsi Ərbildəki seçkilərin nəticələrinin dəyişdirildiyini iddia edərək, Ərbildəki seçki nəticələrinin tamamilə rədd edildiyi bildirilib.

Məlumatda ayrıca, Müstəqil Ali Seçki Komissiyasına şikayət edildiyi və cavab gözləndiyi də qeyd edilib.



Әlaqәli Xәbәrlәr