Suriyanın İraq sərhədinə yaxın bölgəsinə hava zərbələri endirilib

Suriyanın İraq sərhədinə yaxın Əl-Bukemal bölgəsində İranın dəstəklədiyi terror qruplarına məxsus 3 hərbi nöqtəyə edilən hava hücumunda ölən və yaralananların olduğu bildirilir.

1718150

Deyr əz-Zor vilayətinin Əl Bukemal mahalının şərqində İranın dəstəklədiyi qruplara məxsus 3 hərbi məntəqəyə hava zərbələri endirilib.

Hansı ölkəyə məxsus olduğu hələ müəyyən edilə bilməyən (silahlı pilotsuz uçan aparat) SİHA-lar tərəfindən həyata keçirilən hücumlar nəticəsində 7 partlayış səsi eşidilib.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Hava hücumlarından təxminən yarım saat əvvəl separatçı terror təşkilatı YPG/PKK-nın işğal etdiyi Haseke əyalətinin Şəddadi qəsəbəsindəki qaz sahəsinə raket hücumu təşkil edilməsi diqqət çəkib. Hücum nəticəsində 3 maşın yandırılıb.

Əsəd rejimi sıralarında olan Elbukamal qəsəbəsindəki İran İnqilab Keşikçiləri Korpusunun bazasına 14 iyun tarixində 3 maşına və 15 sentyabrda mənşəyi bilinməyən döyüş təyyarələri tərəfindən hava zərbələri endirilib. İki hücumda 3 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.

Әlaqәli Xәbәrlәr