Livanda neft təsislərində yanğın baş verib

Livanın cənubunda yerləşən Zahrani Neft Təsislərində naməlum səbəbdən yanğın baş verdi.

1717673
Livanda neft təsislərində yanğın baş verib

Ölkənin Cənubunda Sayda və Sur vilayətləri arasında dəniz sahilində yerləşən Zahrani Neft Təsislərinə məxsus anbarda baş verən yanğına çox sayda yanğınsöndürən və xilasetmə dəstələri tərəfindən müdaxilə edilir.

Ölkənin rəsmi xəbər agentliyi NNA bildirib ki, benzinlə dolu anbarda baş verən yanğında insan tələfatı olmayıb. Təhlükəsizlik qüvvələri ehtimal olunan partlayışa qarşı əraziyə heç kimin yaxınlaşmasına icazə vermir.



Әlaqәli Xәbәrlәr