Afrində terror aktı törədilib, ölənlər var
Separatçı terror təşkilatı PKK/YPG Suriyanın Afrin bölgəsində bombalı hücum törədib.
1717887
Hatay Valiliyindən hadisə ilə əlaqəli açıqlama verilib. Qeyd edilib ki, terror təşkilatı PKK/YPG günorta radələrində Afrində bomba ilə təchiz olunmuş avtomobili partladıb. Hadisə nəticəsində 3 mülki şəxs həyatını itirib, 10 nəfər yaralanıb. Yaralılar ətrafdakı xəstəxanalarda yerləşdirilib.
Qeyd edək ki, terror təşkilatı PKK/YPG daha əvvəl Tel Rifatı baza kimi istifadə edərək Afrin və ətrafını hədəfə götürən hücumlar həyata keçirmişdi.