AZAL Ermənistanın hava məkanından istifadə etməyə başlayıb

Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

1715476

AZAL tərəfindən verilən məlumatda bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq.

Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - aviaşirkət bəyan edib.

Qeyd edək ki, Bakı-Naxçıvan uçuşları daha əvvəl İran hava məkanından reallaşırdı.

Әlaqәli Xәbәrlәr