Rusiyanın fövqəladə hallar naziri həyatını itirib

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev təlimdə həlak olub.

1704607
Rusiyanın fövqəladə hallar naziri həyatını itirib

TRT-nin xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki Nazir  Yevgeni Ziniçev xidməti vəzifəsinin icrası zamanı həyatını itirib.

“Yevgeni Ziniçev Norilskdə keçirilən qurumlararası təlimlərdə bir nəfərin həyatını xilas edərkən faciəli şəkildə həlak olub, - deyə Rusiya FHN-in məlumatında qeyd olunur.

Y. Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.



Әlaqәli Xәbәrlәr