Türkiyə-Misir arasında yeni dövr başlayır

2013 -cü ildə Misirdə həyata keçirilən hərbi çevrilişdən sonra Ankara ilə Qahirə arasında dayandırılan təmaslar yenidən başladı.

1704026
Türkiyə-Misir arasında yeni dövr başlayır

Xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyindəki Türkiyə nümayəndə heyətinin may ayında Misirin paytaxtı Qahirəyə 2 günlük səfərindən sonra, indi də Misir nümayəndə heyəti Ankarada səfərdədir.

Misirin xarici işlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankara səfəri çərçivəsində Türkiyənin nümayəndə heyəti ilə bir araya gələrək danışıqların ikinci mərhələsinə start veriblər. Danışıqlardan sonra növbəti addım isə iki ölkə arasında qarşılıqlı olaraq səfir təyini ilə əlaqəli olacaq. Bildirilir ki, münasibətlərin normallaşaması halında iki ölkə arasında dəniz icazəsi müqaviləsinin imzalanması mövzusu gündəmə daxil edilə bilər.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında diplomatik əlaqələr 2013 -cü ildən etibarən qarşılıqlı olaraq müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir. Bu müddətdə iki ölkənin xarici işlər nazirləri arasında müxtəlif günlərdə qısa görüşlər keçirilərkən, Misirin Ankaradakı Səfirliyi ilə İstanbuldakı Baş Konsulluğu və Türkiyənin Qahirədəki Səfirliyi və İskəndəriyədəki Baş Konsulluğu fəaliyyətlərini davam etdirir.



Әlaqәli Xәbәrlәr