Əhməd Məsud: “Talibana qarşı müqavimətimiz davam edəcək”

Əfqanıstanın Pəncşir əyalətində Taliban qüvvələri tərəfindən məğlub edilən Tacikistan mənşəli lider Əhməd Məsud müqavimətlərinin davam edəcəyini bildirib.

1703767
Əhməd Məsud: “Talibana qarşı müqavimətimiz davam edəcək”

Taliban Pənçşir əyalətinə nəzarəti ələ keçirdikdən sonra bir qrup döyüşçüsü ilə yanaşı bölgədən çıxan “Əfqanıstan Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud, sosial media hesabından paylaşdığı açıqlamada Taliban əleyhinə mübarizələrinin davam edəcəyini bildirib. O Əfqanıstan Alimlər Şurasının qarşıdurmalara son qoyulmasına dair çağırışını dəstəklədiyini, lakin Talibanın buna biganə qaldığını xatırladıb və bu səbəbdən müqavimətlərinin davam edəcəyini deyib.

Qeyd edək ki, 15 Avqustda Taliban paytaxt Kabilə nəzarəti ələ keçirdikdən sonra Pəncşir əyalətindəki qüvvələrin də təslim edilməsi üçün Əhməd Məsudun rəhbərlik etdiyi qruplarla danışıqlar başlasa da, tərəflər razılığa gələ bilmədilər.



Әlaqәli Xәbәrlәr