Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2 oktyabrda keçiriləcək seçkilərdə qiyabi həbs qərarı verildiyi üçün 8 ildir geri dönə bilmədiyi ölkəsinə qayıdacağını açıqlayıb.

1703994
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdır

TRT xəbər verir ki, Saakaşvili ölkəsində həm iqtisadi, həm də koronavirus  əleyhinə mübarizədə çətin dövrlərin olduğunu deyib.

Oktyabrın 2-də keçiriləcək seçkilərdə Gürcüstana qayıdacağını bildirən Saakaşvili : “Mən bu seçkilərə Gürcüstana qayıdacağam”.

Gürcüstanda onun barəsində qiyabi həbs qərarı olduğunu xatırladan eks-prezident ölkəsinə  qayıtdıqda   həbs olabiləciyinin   ehtimal  olduğunu, lakin bundan  qorxmadığını gürcü xalqının  buna  icazə  vermiyəcəyinə   inamının tam  olduğunu sözlərinə  əlavə  edib. 



Әlaqәli Xәbәrlәr