İraqdakı bombalı hücumda ölən Haşdi Şabi komandiri

Haşdi Şabinin vacib komandirlərindən olan Asif Həsən Kərim İraqın Babil şəhərində avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində ölüb.

1703065
İraqdakı bombalı hücumda ölən Haşdi Şabi komandiri

Haşdi Şabinin vacib komandirlərindən olan Asif Həsən Kərim İraqın Babil şəhərində avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində ölüb.

Babil Polis İdarəsindəki mənbəyə görə, Haşdi Şabi əl-Cəzirə Əməliyyatları komandiri Asif Həsən Kərim Babil vilayətinin Ceref an-Nasr rayonunda avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində hadisə yerində həyatını itirib.

Kərimi müşayiət edən iki nəfər yaralanıb.

Adının çəkilməsini istəməyən mənbə hadisənin baş verdiyi əl-Uveysat bölgəsinin tamamilə Haşdi Şabinin nəzarətində olduğuna diqqət çəkib.

Hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.



Әlaqәli Xәbәrlәr