Əhməd Məsud Talibanı sülhə çağırıb

Əfqanıstanın Pəncşir əyalətinə nəzarət edən Taliban müxalifi qruplaşmaların lideri Əhməd Məsud, Taliban qüvvələrinin Pəncşir və Andarabdan çıxarılması halında danışıqlara hazır olduqlarını bildirib.

1702975
Əhməd Məsud Talibanı sülhə çağırıb

Əhməd Məsud bu qərara Paytaxt Kabildəki Əfqanıstan Alimlər Şurasının tərəfləri münaqişəyə son qoymağa və müsəlman qanı axıtmağı dayandırmağa çağırışından sonra qəbul edib.

Əhməd Məsud sosial media hesabından paylaşdığı açıqlamada problemlərin Sülh yolu ilə həll edilməsini istədiklərini ifadə edərək: “Taliban, Pəncşir və Andarabdakı hücumlarına və hərbi əməliyyatlarına son qoyarsa, uzunmüddətli sülhə nail olmaq üçün Milli Müqavimət Cəbhəsi müharibəni dərhal bitirməyə hazırdır. Alimlər və islahatçıların iştirakı ilə təşkil ediləcək yığıncaqda danışıqları davam etdirməyi planlaşdırırıq”. Əfqanıstan xalqının əksəriyyətinin müsəlman olduğuna diqqət çəkən Məsud, Pencşirdə və ətrafında Talibanın “cihadının” heç bir dini və humanitar məna vermədiyini, Talibanın bölgədən çıxması halında özlərinin də hücumları dayandıracaqlarını vurğulayıb.

Taliban hələ də Tacik liderinin çağırışına cavab verməsə də, son iki gündə Pəncşirdə davam edən şiddətli toqquşmalarda yüzlərlə döyüşçünün öldüyü bildirilir. Əyalətə nəzarət edən qruplaşmaların sözçüsü Fəhim Dəşti və komandir Abdulvedud Zerə-nin də həyatını itirənlərin arasında olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr