Bəhreyn kralı ölkəsi ilə Türkiyə arasındaki əlaqələrə münasibət bildirib

Bəhreyn kralı Hamad İbn İsa Əl Xəlifə Türkiyə ilə ölkəsi arasında güçlü əlaqələrin olduğunu, bir çox sahədə əməkdaşlığın inkişaf etdiyini vurğeulayıb.

1703005
Bəhreyn kralı ölkəsi ilə Türkiyə arasındaki əlaqələrə münasibət bildirib

TRT-nin Bəhreynin rəsmi xəbər agentliyinə istinad etdiyi xəbərində bildirilir ki, Əl Xəlifə bu sözləri Türkiyənin Bəhreyndəki səfiri Əsin Çakılı qəbulu zamanı deyib. Qeyd edilir ki, qəbul zamanı iki qardaş ölkə arasındakı yaxşı və yaxın münasibətlərə toxunulub. Əl Xəlifə ölkəsi ilə Türkiyə arasında güçlü əlaqələrin olduğunu müxtəlif sahələrdə əməkdaşlığın irəli pillələrə qaldırılmasını yüksək qiymətləndirdiyini vurğulayıb və Səfir Çakıla dostluq əlaqələrinin möhkəmləndirilməsi uğrunda atdığı addımlara görə təşəkkürlərini bildirib. Səfir Çakıl da Bəhreyn Kralı Əl Xəlifənin yüksək münasibətlərə göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edib.



Әlaqәli Xәbәrlәr