Qətər: “Kabil hava limanının istismarına texniki dəstək mövzusunda Türkiyə ilə danışıqlar aparırıq”

Qətərin xarici işlər naziri Məhəmməd İbn Abdurrahman Əl-Sani, Əfqanıstanda Kabil hava limanının istismarına texniki dəstək mövzusunda Türkiyə ilə danışıqlar apardıqlarını açıqlayıb.

1701528
Qətər: “Kabil hava limanının istismarına texniki dəstək mövzusunda Türkiyə ilə danışıqlar aparırıq”

Əl -Sani, Qətərdə səfərdə olan Böyük Britaniyanın Xarici işlər naziri Dominic Raabla paytaxtı Dohada bir araya gəlib. İki həmkar arasında baş tutan görüşdə Əfqanıstandakı son vəziyyət müzakirə olunub. Qətər xarici işlər naziri Əl Sani görüş zamanı Kabildəki hava limanının istismarına mümkün texniki dəstək mövzusunu Türkiyə ilə müzakirə etdiklərini, taliban ilə də bu barədə danışıqlar apardıqlarını qeyd edib.

İngiltərə xarici işlər naziri Raab isə ölkəsinin Talibanı rəsmiyyətdə tanımıyacağını bildirib.

Əlcəzirə telekanalının Əfqanıstan Mülki Aviasiya mənbələrinə istinad etdiyi xəbərdə isə Kabil hava limanında daxili uçuşlar sabah (3 Sentyabr) başlanacaq. Beynəlxalq uçuşların nə zaman başlayacağı isə bilinmir.

 



Әlaqәli Xәbәrlәr