İran İraqa ixrac etdiyi təbii qazın miqdarını azaldmaq qərarına gəlib

İran Milli Qaz Şirkətinin tədarükçü Müdiri Məhəmməd Rza Culayi bu barədə məlumat yayıb. O qey edib ki, İraqa təbii qaz ixracı əvvəlki razılaşma əzasında azaldılacaq.

1701419
İran İraqa ixrac etdiyi təbii qazın miqdarını azaldmaq qərarına gəlib

TRT-nin İran Neft Nazirliyi yanında Enerji Xəbər Agentliyinə (SHANA) istinad etdiyi xəbərə görə, İraq rəhbərliyinin İrandan idxal etdiyi təbii qaz borcunun ödənmədiyinə görə belə bir qərara gəlinib. Ancaq Culayi borc məsələsinin gündəmdə olduğunu, bununla bağlı danışıqların davam etdiyini ifadə edərək borc səbəbi ilə qaz ixracının dayandırıdığına dair iddiaları təkzib edib. Razılaşma çərçivəsində miqdar azaldılaraq ixracın davam edəcəyini bildirib.

Xatırladaq ki, dünən İraq Elektrik Enerjisi Nazirliyindən yayılan açıqlamada İrandan elektrik enerjisi istehsalı üçün idxal edilən qaz miqdarının Tehran rəhbərliyi tərəfindən gündə 49 milyondan 8 milyon kubmetrə endirildiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr